Müğənni Nadir Qafarzadə Xumar Qədimovanın repertuarına müraciət edib. Belə ki, müğənni Xumar xanımın "Bağrım başı qaradır" mahnısını oxuyacaq. Nadir Qafarzadə ANS PRESS-ə açıqlamasında "Bu mahnını çox bəyənirəm, ruhuma yaxındır. Xeyli vaxtdır oxumaq istəyirdim, amma Xumar xanıma deməyə tərəddüd edirdim. Artıq mahnının xeyir-duasını almışam”, - deyə bildirib.
Nadir Qafarzadə eyni zamanda oğlu ilə duet oxuduğu Müslüm Maqomayevin repertuarından "Azərbaycan" mahnısının klip çəkilişlərinə başlayır. Müğənni 3 dəqiqəlik klipdə böyük sənətkarın görüntülərindən istifadə ediləcəyini deyib.
Nadir Qafarzadə layihənin ideya müəllifinin özünün olduğunu qeyd edib. Klipin prodüseri Elçin Əlibəyli, rejissoru isə Günel Şakirqızıdır.
|