Welcome Guest | RSS

Sevdimali.clan.su

Monday, 29.04.2024, 05:53
Main » 2009 » October » 25 » Bəxtiyar Vahabzadə - Allah mp3
10:21
Bəxtiyar Vahabzadə - Allah mp3
                 ALLAH

İdrakda yol açmış gecədən gündüzə Allah,
Güldürməsən öz könlünü, gülməz üzə Allah.
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş,
Qəlbin gözü yanmasa, görünməz gözə Allah.

Allah! Bilirik cism deyil, bəs nədir Allah?
Ən yüksək olan haqda, həqiqətdir Allah.
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et bu, təəccübdə, bu heyrətdədir Allah.

Bildik, bilirik, gizlidir insadakı qüdrət,
Hər kəs onu fəhm etməsə, acizdir o, əlbət.
İnsanın əzəl borcudur insanlığa hörmət,
İnsanlığa hörmətdə, ləyaqətdədir Allah.

Gerçək də budur: gizlidir hər zərrədə vəhdət.
Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət.
Gördüklərimiz zahirdir, bətnə nüfuz et!
Bətndəki, cövhərdəki fitrətdədir Allah.

Fitrət də yatır sözdə, sözün öz yükü fikrim.
Seçmiş, seçəcək daima tükdən tükü fikrim.
Mən bir ağacam, yarpağı sözlər, kökü fikrim,
Sözlərdə deyil, sözdəki hikmətdədir Allah.

İnsan! Təpədən dırnağa sən arzu, diləksən,
Nəfsində duyumsuz, fəqət eşqində mələksən.
Zülmün üzünə haqq deyilən şilləni çəksən,
Şilləndə möhürlənmiş o qeyrətdədir Allah.

Cahil enər alçaqlığa, öz qəlbinə yenməz,
Vicdandan əgər dönsə də, xeyrindən o dönməz.
Zülmətdə, cəhalətdə, ədavətdə görünməz,
İlqarda, sədaqətdə, məhəbbətdədir Allah.
--------------------------------------------------------
"Fəryad" pyesindən bir parça (1984)

Bəxtiyar Vahabzadə - Allah (Şairin Öz Səsi İlə)


 
                                                                               Həcmi:1.5 mb
 
Category: Şeirlər | Views: 683 | Added by: Pepi | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *: