Welcome Guest | RSS

Sevdimali.clan.su

Wednesday, 24.04.2024, 00:43
Main » 2010 » March » 11 » Fidan Hacıyeva aparıcı olacaq
14:00
Fidan Hacıyeva aparıcı olacaq
 
İfaçı müəllif olduğu "Harmoniya" verilişinə aparıcılıq edəcək
 
Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva bu gün keçirdiyi mətbuat konfransında layihələri barədə açıqlamala verib. ANS PRESS-in məlumatına görə, ifaçı aparıcılıq edəcəyini bildirib. Müğənni AzTV-DƏ "Harmoniya" adlı müəllif verilişinin aparıcısı olacqaq. Layihənin ideya müəllifi olduğunu vurğulayan Fidan Hacıyeva, musiqi bilicilərinin rəğbətini qazanacağına ümid etdiyini söyləyib.

Veriliş klassik musiqiyə həsr olunacaq. Proqramın qonaqları tanınmış opera müğənniləri və Opera Balet və Teatrının solistləri olacaq.

Maraqlı məqamlardan biri də müğənninin verilişə əcnəbi qonaqların dəvət edəcəyi oldu. Belə ki, əcnəbi vətəndaşla ailə quran müğənni "Harmoniya"da bu harmoniyanı pozmayacaq və verilişinə Azərbaycanda yaşayan əcnəbi vətəndaşları və ölkəmizin əcnəbi qonaqlarını dəvət edəcək.
Category: MƏDƏNiYYƏT_ŞOU_BiZNES | Views: 936 | Added by: Pepi | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *: