Welcome Guest | RSS

Sevdimali.clan.su

Friday, 29.03.2024, 13:04
Main » 2010 » March » 11 » Namiq Qaraçuxurlu Aygün Kazımovaya bahalı avtomobil bağışladı
13:52
Namiq Qaraçuxurlu Aygün Kazımovaya bahalı avtomobil bağışladı

 
 
 
Meyxanaçı Namiq Qaraçuxurlu səhnədə tərəf-müqabili, xalq artisti Aygün Kazımovaya 8 Mart qadınlar bayramında qiyməti altırəqəmli olan bahalı avtomobil alıb.

Bu haqda Milli.Az xəbər portalına Aygün Kazımova özü məlumat verib.

"BMW 750 Lİ" markalı avtomobil meyxanaçıya baha başa gəlib. Maşının qiyməti yüz mindən manatdan artıqdır.

Bu haqda açıqlama verən xalq artisti 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı aldığı bu hədiyyədən razı qaldığını da deyib: «8 Mart günü evə qayıdanda maşını həyətdə gördüm və çox sevindim. Namiq mənə tez-tez hədiyyələr bağışlayır. Maşının qiyməti çox bahadır, 100 min manatdan yuxarı... Dəqiq qiymət deməyəcəm, çünki bu avtomobilin neçəyə olduğu çoxlarına bəllidir» - deyə Kazımova bildirib.
Category: MƏDƏNiYYƏT_ŞOU_BiZNES | Views: 995 | Added by: Pepi | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *: