Welcome Guest | RSS

Sevdimali.clan.su

Thursday, 25.04.2024, 12:45
Main » 2010 » March » 11 » Samir Cavadzadə: ""Eurovision"da bizdən qorxurlar"
13:49
Samir Cavadzadə: ""Eurovision"da bizdən qorxurlar"
"Eurovision” mahnı müsabiqəsində ilk təmsilçilərimizdən biri Samir Cavadzadə müsabiqənin builki milli hazırlıq prosesindən, yarımfinal və final mərhələlərindən xəbər tutmadığını deyir. Bu barədə ANS PRESS-ə açıqlama verən müğənni yerli telekanallara baxmadığından, yarımfinal və final mərhələlərini izləmədiyini bildirib.

"Finalçının seçilməsini internet saytlarından oxudum. Səfurə Əlizadənin seçilməsi ilə bağlı narazılıqları oxudum və bu məni məyus etdi. Siz təsəvvür etməzsiz ki, bizə necə münasibət göstərirlər. Biz özümüzü dəyərləndirmirik, amma "Eurovision"da rəqib olaraq bütün iştirakçılar bizdən qorxur. Məhz qorxduqları üçün də hər bir ölkə bizi özünə potensial rəqib bilir və bizə olan psixoloji təsiri artıq özünüz təsəvvür edin!”, deyə Samir Cavadzadə bildirib. O, Səfurə Əlizadəyə təzyiq göstərməyin düzgün olmadığını qeyd edib.

"Hər kəsdən xahiş edirəm ki, gəlin Səfurəyə dəstək olaq. Bu qız həm yaşca çox kiçikdir, həm də tək çıxış edəcək. Bu ilədək "Eurovision" təmsilçilərimiz, yəni mənimlə Elnur, Aysellə Araş cüt olublar. Səhnəyə həmkarla çıxmaq daha asandır. Nəzərə alın ki, Səfurə səhnədə tək olacaq. İndi siz təsəvvür edin onun üçün nə qədər çətindir”,- deyə Samir jurnalistlərdən Səfurə Əlizadəyə dəstək olmalarını xahiş edib.
Category: MƏDƏNiYYƏT_ŞOU_BiZNES | Views: 904 | Added by: Pepi | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *: