Welcome Guest | RSS

Sevdimali.clan.su

Thursday, 25.04.2024, 10:08
Main » 2010 » March » 11 » Nadir Qafarzadə Xumar Qədimovadan xeyir-dua alıb
13:45
Nadir Qafarzadə Xumar Qədimovadan xeyir-dua alıb
 
Müğənni Nadir Qafarzadə Xumar Qədimovanın repertuarına müraciət edib. Belə ki, müğənni Xumar xanımın "Bağrım başı qaradır" mahnısını oxuyacaq. Nadir Qafarzadə ANS PRESS-ə açıqlamasında "Bu mahnını çox bəyənirəm, ruhuma yaxındır. Xeyli vaxtdır oxumaq istəyirdim, amma Xumar xanıma deməyə tərəddüd edirdim. Artıq mahnının xeyir-duasını almışam”, - deyə bildirib.

Nadir Qafarzadə eyni zamanda oğlu ilə duet oxuduğu Müslüm Maqomayevin repertuarından "Azərbaycan" mahnısının klip çəkilişlərinə başlayır. Müğənni 3 dəqiqəlik klipdə böyük sənətkarın görüntülərindən istifadə ediləcəyini deyib.

Nadir Qafarzadə layihənin ideya müəllifinin özünün olduğunu
qeyd edib. Klipin prodüseri Elçin Əlibəyli, rejissoru isə Günel Şakirqızıdır.
Category: MƏDƏNiYYƏT_ŞOU_BiZNES | Views: 1014 | Added by: Pepi | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *: